cümə axşamı, 28 mart 2024

BOKS

Qızıl üçün döyüşəcəklər

23.11.2016 14:07 Oxundu 5722

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı yekunlaşmaq üzrədir. Bu gün turnirdə final görüşlərinə start verilir. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova finalda bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. 69 kq çəkidə isə Yelena Vstropova qızıl medal uğrunda Türkiyə idmançısı Sema Çalışkanla vuruşacaq. Qeyd edək ki, 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə (+81 kq) mübarizə aparan Aynur Rzayeva Avropa çempionatını bürünc medalla başa vurub.