şənbə, 20 aprel 2024

BOKS

Bir qızıl, bir gümüş və iki bürünc

23.11.2016 19:59 Oxundu 5563

Azərbaycanın qadın boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Çempionatda 69 kiloqram çəki dərəcəsində yarışan Yelena Vıstropova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova isə finalda məğlub olaraq mundialı ikinci yerdə başa vurub.

Leyla Cavadova (81 kq) finala gedən yolda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Bununla da idmançımız Avropa çempionatının bürünc medalına layiq görülüb.

Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqib idmançının qalibiyyəti ilə yekunlaşıb. Nəticədə A.Rzayeva da Avropa çempionatında bürünc medalla kifayətlənməli olub.

Beləliklə, Azərbaycanın qadın boksçuları çempionatı bir qızıl, bir gümüş və iki bürünc medalla başa vurublar.