cümə axşamı, 28 mart 2024

GÜLƏŞ

Yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar

26.11.2016 10:13 Oxundu 2051

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi qatılıb.

Proqrama əsasən, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 23 güləşçimiz xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alıblar.

59 kq
1/4 final
Keniçiro Fumita (JPN) - Taleh Məmmədov
Firuz Tuxtaev (UZB) - Kərim Cəfərov
1/8 final
Taleh Məmmədov - Mirambek Aynagulov (KAZ) 3:0
Keniçiro Fumita (JPN) - Murad Məmmədov 7:4
Kərim Cəfərov - Hamed Ahmed (EGY)
66 kq
1/4 final
Rövşən Tağıyev - Elmurat Taşmuradov (UZB)
1/8 final
Kamran Məmmədov - Mateusz Bernatek (POL)
Azad Əliyev - Giuk Choi (KOR)
71 kq
1/4 final
Həsən Əliyev - Alexis Munoz (USA)
Cahid Nəcəfov -
1/8 final
Rüstəm Əliyev - Aleksandr Maksimoviç (SRB) 5:5*
Cahid Nəcəfov - Darxan Bayaxmetov (KAZ)
75 kq
1/4 final
Elvin Mürsəliyev - Jalgasbay Berdimuratov (UZB)
1/8 final
Viktor Nemes (SRB) - Mehrac Kərimov
Jong-Gyu Yun (KOR) - Şəmistan Quluzadə
80 kq
1/8 final
Emin Əhmədov - Samat Şirdakov (KGZ)
Elton Vəzirzadə - Pascal Eisele (GER)
Daulet Jaxilikov (KAZ) - Rafiq Hüseynov
85 kq
1/4 final
Tadeusz Mixalik (POL) - Soltan İsmayılova
İslam Abbasov - Yevgeni Saleyev (RUS)
1/8 final
Soltan İsmayılov - İsaac Haight (USA) 10:1
Yevgeni Saleyev (RUS) - Arif Niftullayev 4:1
98 kq
1/4 final
Araz Həsənov - Amirhossein Hosseini (İRİ)
Kevin Castillo (HON) - Orxan Nuriyev
1/8 final
Nizami Şəmilov - Reiner Romero (CUB)
130 kq
1/4 final
Oscar Pino Hinds (CUB) - Oyan Nəzəriani