cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Tanınmış idmançımız həbs edilib

01.12.2016 10:18 Oxundu 1688

Azərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb. Bu barədə Lent.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur. Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ceyhun Yusifov açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.