cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Qəzaya səbəb yanacaq çatışmazlığı olub

01.12.2016 10:56 Oxundu 1770

Kolumbiyada Boliviyaya məxsus təyyarənin qəzaya uğramasının səbəbləri məlum olub. Bu barədə ölkənin Mülki Aviasiyasının Aviasiya təhlükəsizliyi xidmətinin rəisi Freddi Bonilya keçirdiyi mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, qəzaya təyyarənin yanacaq çatışmazlığı səbəb olub: "Beynəlxalq normalara görə, təyyarədə ona əlavə 30 dəqiqə də uçmaq üçün imkan verən qədər yanacaq olmalıdır".

Qeyd edək ki, təyyarə Medelin şəhərinin 50 kilometrliyində qəzaya uğrayıb. Hadisə zamanı onun göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun heyəti, 9 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 75 nəfər həlak olub.