cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Bir ata, bir baş məşqçi kimi Entsonun qolu ilə fəxr edirəm"

01.12.2016 11:19 Oxundu 1719

"Bir ata, bir baş məşqçi kimi Entsonun qolu ilə fəxr edirəm". Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya Kuboku çərçivəsində "Leonesa" ilə keçirilmiş (6:1) oyunda oğlunun vurduğu qolla bağlı deyib. Kral klubunun baş məşqçisi həmçinin deyib: "Oyun çox gərgin keçdi. Lakin biz lazımi nəticəni əldə etdik". O, bu oyunda debüt etmiş gənc oyunçulardan razı qaldığını da vurğulayıb: "Real"ın gənc oyunçuların oyunundan razıyam. Bu qələbə həm də bütün azarkeşlərimizi sevindirdi".

Bir daha xatırladaq ki, İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. "Real" öz meydanında "Leonesa" ilə qarşılaşıb. Görüş Madrid klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun baş məşqçi Zinəddin Zidanın oğlu Entso Zidan üçün əlamətdar olub. Belə ki, 46-cı dəqiqədə meydana daxil olan 21 yaşlı yarımmüdafiəçi ilk rəsmi oyununda qol vurmağı bacarıb. O, matçın 63-cü dəqiqəsində fərqlənib.