çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

UEFA J qrupundakı mürəkkəb vəziyyətə şərh verib.

01.12.2016 20:56 Oxundu 1649

UEFA-nın rəsmi saytı UEFA Avropa Liqasının qrup mərhələsinin son turu öncəsi şansları dəyərləndirib. Qurum komandaların hansı nəticələrdə nəyə nail olacağına aydınlıq gətirib. “Qarabağ”ın ilk iki yerdən birinə iddia etdiyi J qrupundakı mürəkkəb vəziyyətə də şərh verilib.

J qrupu: “Qarabağ” (7 xal) – “Fiorentina” (10 xal), PAOK (7 xal) – “Slovan” (4 xal)

* “Fiorentina”nın qrupda qalması yalnız o halda mümkündü ki, özü uduzsun, PAOK qalib gəlsin. Bu halda hər üç komandanın eyni xalı olacaq və onlar arasında şəxsi görüşlər əsas götürüləcək. Bu ssenaridə “bənövşəyilər”in “Qarabağ”la son matçındakı hesab həlledici olacaq.

* “Qarabağ” qalib gəlsə, həmçinin PAOK-un xal itirəcəyi halda heç-heçə etsə mərhələ keçəcək (çünki şəxsi görüşlərdə PAOK-dan üstündü). PAOK qələbə qazanmasa, “Qarabağ” 1-ci yeri tutmaq üçün 4:0 və ya ən azı 5 top fərqli istənilən hesabla qalib gəlməlidi.

* PAOK mərhələ keçmək üçün “Qarabağ”dan çox xal toplamalıdı (çünki şəxsi görüşlərdə PAOK-dan üstündü). Ya da Yunanıstan klubu özü qalib gəlib, “Fiorentina”nın 6 və ya daha çox top fərqi ilə məğlubiyyətini gözləməlidi.

*“Slovan” o halda mərhələ keçir ki, “Qarabağ” uduzsun, özü qalib gəlsin. Belə olanda 3 komandanın xalı bərabər olacaq ki, 2-ci yeri “Slovan” tutacaq.