cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“55-lik”də kimər yer alıb?

01.12.2016 22:07 Oxundu 1974

FİFA və FİFPro tərəfindən müəyyənləşdirilən ilin “11-liy”inə namizədlərin adları açıqlanıb. Ali futbol qurumunun rəsmi saytı xəbər verir ki, ən yaxşı 11 oyunçu arasına düşməyə 55 nəfərin şansı var. 75 ölkədə çıxış edən 25 mindən çox futbolçu arasından seçilən “55-lik”də 5 qapıçı, 20 müdafiəçi, 15 yarımmüdafiəçi və 15 hücumçu yer alır. Qalib “11-lik” yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə açıqlanacaq. Həmin tədbirdə eyni zamanda ilin ən yaxşı futbolçusu və məşqçisinin də adı bəlli olacaq.

İlin ən yaxşı “11-liy”inə namizədlər:

Qapıçılar (5): Klaudio Bravo (Çili, “Barselona” / “Mançester Siti”), Canluici Buffon (İtaliya, “Yuventus”), David de Xea (İspaniya, “Mançester Yunayted”), Keylor Navas (Kosta-Rika, “Real”), Manuel Noyer (Almaniya, “Bavariya”);

Müdafiəçilər (20): David Alaba (Avstriya, “Bavariya), Xordi Alba (İspaniya, “Barselona”), Serge Orye (Fil Dişi Sahili, PSJ), Ektor Bellerin (İspaniya, “Arsenal”), Jerom Boatenq (Almaniya, “Bavariya), Leonardo Bonuççi (İtaliya, “Yuventus”), Daniel Karvahal (İspaniya, “Real”), Corcio Kyellini (İtaliya, “Yuventus”), Dani Alveş (Braziliya, “Barselona” / “Yuventus”), David Luiz (Braziliya, PSJ / “Çelsi”), Dieqo Qodin (Uruqvay, “Atletiko”), Mats Hummels (Almaniya, “Borussiya (Dortmund) / “Bavariya”), Filipp Lam (Almaniya, “Bavariya”), Marselo (Braziliya, “Real”), Xavyer Maskerano (Argentina, “Barselona”), Pepe (Portuqaliya, “Real”), Xerard Pike (İspaniya, “Barselona”), Serxio Ramos (İspaniya, “Real”), Tiaqo Silva (Braziliya, PSJ), Rafael Varan (Fransa, “Real”);

Yarımmüdafiəçilər (15): Xabi Alonso (İspaniya, “Bavariya), Serxio Buskets (İspaniya, “Barselona”), Kevin De Bruyne (Belçika, “Mançester Siti”), Eden Azar (Belçika, “Çelsi”), Andres İnyesta (İspaniya, “Barselona”), Nqolo Kante (Fransa, “Lester” / “Çelsi”), Toni Kroos (Almaniya, “Real”), Luka Modriç (Xorvartiya, “Real”), Məsut Özil (Almaniya, “Arsenal”), Dimitri Paye (Fransa, “Vest Hem”), Pol Poqba (Fransa, “Yuventus” / “Mançester Yunayted”), İvan Rakitiç (Xorvatiya, “Barselona”), David Silva (İspaniya, “Mançester Siti”), Marko Verratti (İtaliya, PSJ), Arturo Vidal (Çili, “Bavariya);

Hücumçular (15): Serxio Aquero (Argentina, “Mançester Siti”), Qaret Beyl (Uels, “Real”), Kərim Benzema (Fransa, “Real”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Paulo Dibala (Argentina, “Yuventus”), Antuan Qrizmann (Fransa, “Atletiko”), Qonzalo İquain (Argentina, “Napoli” / “Yuventus”), Zlatan İbrahimoviç (İsveç, PSJ / “Mançester Yunayted”), Robert Levandovski (Polşa, “Bavariya”), Lionel Messi (Argentina, “Barselona”), Tomas Müller (Almaniya, “Bavariya”), Neymar (Braziliya, “Barselona”), Aleksis Sançes (Çili, “Arsenal”), Luis Suares (Uruqvay, “Barselona”), Ceymi Vardi (İngiltərə, “Lester”).