şənbə, 20 aprel 2024

ŞAHMAT

"Matç Fişerin xatirəsinə layiq oldu"

02.12.2016 07:49 Oxundu 2042

FİDE prezidenti Kirsan İlyumjinov "Sovet idmanı"na müsahibəsində şahmat tacı uğrunda matçın yekunundan danışıb. O deyib ki, mən çoxdan qərara gəlmişdim ki, belə matç Bobbi Fişerin vətənində keçirilsin və bu onun xatirəsinə həsr olunsun: "Matç dahi şahmatçının xatirəsinə layiq oldu. Belə ki, milyonlarla insan bizim rəsmi saytımızla oyunları izlədi. Mən bu yarışın Amerikada təşkili ilə bağı bu ölkənin şahmatsevərlərindən çoxlu təşəkkürlər almışam. Bu matç mənim onlara hədiyyəm oldu. Amma ABŞ hakimiyyəti məni qara siyahıya saldı və bu səbəbdən mən bu Nyu-Yorka uça bilmədim".

Qeyd edək ki, ötən ilin noyabr ayının 25-də ABŞ maliyyə nazirliyi onun adını Suriyaya kömək edənlərin siyahısına salıb. Məlum olunub ki, o Suriya hökumətinə maddi yardım göstərib. FİDE prezidenti bu il avqustun 25-də Delta aviaşirkətinin Moskva - Nyu-York reysinə buraxılmayıb....