çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

Arşavinin arzusu - "Barselona"da oynamaq

02.12.2016 07:52 Oxundu 1532

"Kayratın" yarımmüdafiəçisi Andrey Arşavin deyib ki, o, uşaqlıqda peşəkar futbolçu karyerası barədə əsla düşünməyib. Onun sözlərinə görə, Sovet İttifaqında, eləcə də gənc Rusiyada futbolçu peşəsi olmayıb: "Mən futbolu sevdiyimə, bu oyun məndə alındığına görə onunla məşğul olmağa başlamışam". Buna baxmayaraq, Arşavin "Barselonada" oynamaq arzusunda olduğunu dilə gətirib. Dediyinə görə, o, hələ kiçik yaşlarından bu komandanın azarkeşi olub.