cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

1/8 final mərhələsi başlayır

02.12.2016 07:56 Oxundu 1557

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start veriləcək. 1/8 finalın bütün cütlərində Premyer Liqa təmsilçiləri I divizion komandaları ilə qarşılaşacaq. Mərhələnin oyunları iki gündə keçiriləcək.İlk oyun günündə 4 qarşılaşma oynanılacaq ki, bütün görüşlər paytaxtda baş tutacaq. İlk olaraq meydana MOİK və “Sumqayıt” futbolçuları çıxacaqlar.

Azərbaycan kuboku

1/8 final

2 dekabr (cümə)



14:00. MOİK – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”


15:00. “İnter” – “Qaradağ Lökbatan”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Murad Məmmədov
“İnter Arena”


16:00. AZAL – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Şahin Cəfərov
“AZAL Arena”

17:00. “Neftçi” – “Şərurspor”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu