cümə, 26 aprel 2024

ŞAHMAT

"Karyakin Maqnusun məğlubedilməzlik mifini dağıtdı".

02.12.2016 08:03 Oxundu 2044

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov şahmat üzrə dünya tacı uğrunda iki gün öncə başa çatmış mübarizədən söz açıb:

"Mən qələbə münasibətilə Karlsenə teleqramma göndərmişəm. Dünya çempionu bir daha sübut etdi ki, o, hələ də planetin ən güclü şahmatçısıdır. Neçə ildir ki, reytinq cədvəlində ilk sıradadır. Mən Sergey Karyakini də təbrik edirəm. Ona görə ki, o, sözün həqiqi mənasında, mübarizə apardı və Maqnusun məğlubedilməzlik mifini dağıtdı".