şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Robert Prosineçkinin seçimi

02.12.2016 10:36 Oxundu 1539

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin “İlin futbolçusu” mükafatına namizədi bəlli olub. Xorvatiya mətbuatınin məlumatına görə, 47 yaşlı Prosineçki ən yaxşı futbolçu adı uğrunda yarışda “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messini fərqləndirib. O, ən yaxşı məşqçi kimi isə Portuqaliya millisini Avropa çempionu edən Fernandu Santuşu göstərib. Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin sonundan Azərbaycan yığmasını çalışdırır.