şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Karyakin: "Spartak" uğur qazanacaq"

02.12.2016 11:29 Oxundu 1716

Dünya şahmat tacı uğrunda mübarizədə novreçli Maqnus Karlsenə məğlub olan rusiyalı qrossmeyster Sergey Karyakin bazar ertəsi "Spartak"- "Rubin" matçını izləyəcək. O bu barədə "Sovetskiy sport"a verdiyi açıqlamasında məlumat verib: "Bilirəm ki, "Spartak" ötən turda nəyə qadir olduğunu göstərə bilməyib. Güman edirəm ki, bazar ertəsi keçirilən matçda o qalib gələcək. Ümid edirəm ki, mənim stadionda olmağım "Spartak"a uğur gətirə biləcək". O həmçinin qış mövsüməndən sonra "Spartak"ın lider olacağını əminliklə dilə gətirib.

Qeyd edək ki, Karyakin "Spartak"ın azarkeşi olduğunu dəfələrlə vurğulayıb.