cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

"Erkən reytinq xalları qazandırmaq imkanı verəcək"

02.12.2016 12:24 Oxundu 1587

Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu dekabrın 9-10-da Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatından söz açıb. O deyib ki, Tokio-2020-yə vəsiqə uğrunda mübarizə Azərbaycanda daha gərgin xarakter alacaq: "İlin Bakıda keçiriləcək son Qran-prisi idmançılara Tokio yolunda erkən reytinq xalları qazandırmaq imkanı verəcək". Qeyd edək ki, Qran-prinin final mərhələsi və komandalararası dünya çempionatı "Sərhədçi" Olimpiya Mərkəzində keçiriləcək. Dekabrın 9-10-da olacaq Qran-Pri yarışlarında dünyanın ən güclü 128 idmançısı gücünü yoxlayacaq. Kişilər və qadınlar hərəsi 4 çəki dərəcəsində dayanqa

çıxacaqlar.

Dekabrın 12-13-də isə komandalararası dünya çempionatı təşkil olunacaq. 8 kişi və 8 qadın komandası planetin ən yaxşısı adı uğrunda mübarizə aparacaq. Tarixdə ilk dəfə komanda birinciliyində kişi və qadınlarla yanaşı, qarışıq yığmalar da üz-üzə gələcəklər.