cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Yuri Syominlə Aleksandr Səmədov qarşıdurması

02.12.2016 13:05 Oxundu 1754

"Lokomotiv"in baş məşqçisi Yuri Syomin komandasının yarımmüdafiəçisi Aleksandr Səmədovu məşqlərdən uzaqlaşdırıb. Yayılan məlumata görə, 32 yaşlı oyunçu komandanın açıq məşqi zamanı, jurnalistlərin qarşısında Syominlə mübahisə edib. O, məşqçini köhnə metodlarla işləməkdə suçlayıb. Bundan sonra Y.Syomin A.Səmədovu ölkə çempionatında "Tom"la oyunda ehtiyatda saxlayıb. Y.Syomin oyunçuya bildirib ki, onun xidmətlərinə ehtiyac duymur. O, Səmədovdan əşyalarını yığaraq klubun bazasını tərk etməyi tələb edib.

Qeyd edək ki, Y.Syomin oyunçunu payız mövsümünün sonuna qədər oynatmamağa qərar verib. Onu da bildirək ki, Rusiya Premyer Liqasında payız mövsümü dekabrın 5-i başa çatır, 2017-ci ilin martın 3-də isə yaz mövsümü başlayır.