cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Roman Qriqorçukun yüzqabağı düsturu: 46 qalibiyyət, 26 “sülh”, 27 məğlubiyyət

02.12.2016 13:11 Oxundu 1589

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində keçiriləcək “Qəbələ”-“Zaqatala” qarşılaşması meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk üçün yubiley matçı olacaq. Ötən ilin əvvəlindən komandanı çalışdıran ukraynalı mütəxəssisin rəhbərliyi altında “qırmızı-qaralar” 100-cü oyununa çıxacaq.

Üç müxtəlif turnirdə (Topaz Premyer Liqası, ölkə kuboku və Avropa Liqası) keçirdiyi 99 matçda 51 yaşlı çalışdırıcı 46 oyunu qalibiyyətlə, 26 qarşılaşmanı “sülhlə”, 27 matçı isə xalsız başa vurub. Şimal-qərb təmsilçisi rəqib qapılarını 146 dəfə silkələyib, qapısından isə 89 top buraxıb.

Qeyd edək ki, Qriqorçuk 99 matçdan bəzilərini texniki zonadan kənarda müşaiyət edib.