cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" MOİK-i məğlub etdi

02.12.2016 15:19 Oxundu 1930

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Mərhələnin ilk oyununda I Divizionda çıxış edən MOİK "Sumqayıt"la qarşılaşıb. "Bayıl Arena"da keçirilən görüşdə "Sumqayıt" Məhəmməd Qurbanov və Amil Yunanovun qolları ilə qalib gəlib, 2:0

Bununla da "Sumqayıt" adını növbəti mərhələyə yazdırıb. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Səbail" matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edek ki. MOİK - “hərbçilər” üçün bu görüş 60-cı kubok oyunu olub. 16 qələbə qazanan MOİK 8 heç-heçə edib və 36 dəfə uduzub. Rəqib qapılarına 52 top vuran bakılılar 93 qol buraxıb.

MOİK - "Sumqayıt" - 0:2

Qollar: Məhəmməd Qurbanov, 76; Amil Yunanov, 82

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

"Bayıl Arena"

MOİK: 12. Ağaseyid Qasımov, 13. Bayram Kərimov, 4. Bilal Abbaszadə, 22. Sənan Bayramzadə, 19. Hüseyn Axundov, 25. Qərib İbrahimov, 7. Mirkamil Əliyev, 14. Orxan Həsənov (k), 77. Elvin Həsənəliyev, 21. Ramil Orucov, 11. Cavid Muxtarzadə

Ehtiyat oyunçular: 94. Rafiq Kərimov, 97. Anar Həsənov, 3. Fərid Abbaslı, 10. Məhəmməd Bədəlbəyli, 8. Rafael Qəvami, 88. Müşfiq Teymurov, 9. Cavidan Şükürov

Baş məşqçi: Ramil Əliyev

"Sumqayıt": 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 1.Fərhad Vəliyev, 11. Ebrahim Abednezhad, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 39. Tural Bayramlı, 42. Kamran Abdullazadə

Məşqçi: Seymur Rəhimov