çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“İlin məşqçisi” adına namizədlər: Zidan, Ranyeri, Santuş...

02.12.2016 15:29 Oxundu 1807

FİFA 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Mükafat uğrunda mübarizə aparacaq siyahıda 3 mütəxəssis - "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Lester"ə rəhbərlik edən Klaudio Ranyeri, Portuqaliya millisinin çalışdırıcı Fernandu Santuş vardır.

Qadın məşqçilər arasında müvafiq mükafata 3 iddiaçı qalıb. Bunlar ABŞ yığmasının çalışdırıcısı Jill Ellis, İsveç millisinin baş məşqçisi Pia Sandhaus və Almaniya yığmasındakı fəaliyyəti başa çatan Silviya Neyddi.

Qeyd edək ki, FİFA-nın səsverməsində milli komandaların baş məşqçiləri və kapitanları iştirak edib. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Santuşu ən yaxşı seçib.