cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Məsut Özildə yenidən "Real" sevgisi baş qaldırıb?

02.12.2016 15:54 Oxundu 1728

"Arsenalın" yarımmüdafiəçisi Məsut Özil "Arsenal"da özünü xoşbəxt hiss etdiyini bildirib. O bununla yanaşı, "Reala" qayıtmağının mümkünlüyünü istisna etməyib: "Arsenalda" çıxış etdiyimə görə çox xoşbəxtəm. Bizim çox gözəl azarkeşlərimiz var. Onlar həmişə komandanı dəstəkləyirlər. "Real"a qayıdışımla bağlı isə... Mən Londonda özümü yaxşı hiss edirəm, ancaq futbolda hər şey mümkündür. Görək sabah nə baş verəcək. "Real" böyük tarixi keçmişə malik böyük klubdur. Mən fantastik futbolçularla birgə çıxış etmişəm. İndiyə qədər də onlarla dostluq edirəm. Madrid azarkeşləri həmişə məni seviblər. Bəziləri hətta həmin kluba qayıtmağımı xahiş edirlər".