cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Azər Bağırov: "Uşaqlara demişdim ki..."

02.12.2016 16:27 Oxundu 1902

"Birinci hissəni yaxşı keçirdik, şanslar da oldu. Amma fasilədən sonra gücümüz bitdi. Bu da Premyer Liqa ilə I divizion arasındakı fərqi ortaya qoydu". Bu sözləri "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Bağırov bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş "İnter"-"Qaradağ Lökbatan matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, komandası taktiki cəhətdən uduzub ki, bu da məğlubiyyətə səbəb olub. O həmçinin deyib: "Uşaqlara demişdim ki, özünüzü sınayın. Biz yüksək liqaya yüksəlsək, görək, nəyə qadirik".