şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Milli Paralimpiya Komitəsində İcraiyyə Komitəsinin iclası keçirilib

02.12.2016 18:15 Oxundu 1658


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. İclasda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, "Bakı 2017" IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin Baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib. Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb. "Bakı 2017" IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin Qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse prezidenti Şaiq Həmidova həvalə edilibr.