cümə axşamı, 02 may 2024

BİZİM FUTBOL

Elxan Abdullayev: "Çalışacağıq ki, uğurumuzun davamını gətirək"

02.12.2016 20:18 Oxundu 1695

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Şərurspor” klubu ilə oyunundan sonra fikirlərini bildirib:

"Təbii ki, birinci divizionla Premyer Liqanın səviyyəsi eyni deyil. Bu elə oyunda da hiss olundu. Amma, eyni zamanda, hiss olunurdu ki, "Şərurspor” komandası oyuna böyük istəklə çıxmışdı. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirik. Biz də qarşıdakı oyunumuzda çalışacağıq ki, uğurumuzun davamını gətirək. Bizim üçün növbəti mərhələdə rəqibin "Turan Tovuz” və ya "Zirə” olacağının fərqi yoxdur. Sabahkı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı rəqiblə düşsək, yaxşı nəticə qazanmaq üçün oynayacağıq”.