çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"də 50 il əvvəli - bürünc ili xatırlandı

02.12.2016 20:21 Oxundu 1680

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş "Neftçi” – "Şərurspor”oyunundan (2:0) əvvəl 30 noyabr tarixinin "Neftçi”, ümumilikdə Azərbaycan futbolu üçün əlamətdar gün olduğu, 50 il öncə məhz həmin tarixdə "Neftçi”nin SSRİ çempionatının Güclülər dəstəsinin bürünc medallarını qazandığı xatırlanıb. Həmin mükafatçılardan "Bakcell Arena”ya təşrif buyurmuş əfsanəvi veteranımız Yaşar Babayev azarkeşlərin alqışları ilə meydançaya dəvət edilib. Bürünc yubilyara "Neftçi” klubunun xüsusi hədiyyəsi olub. Hədiyyəni veteran futbolçumuza klubumuzun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şura üzvü, veteran futbolçu Səməd Qurbanov təqdim ediblər. Yaşar Babayevlə yanaşı, hazırda Rusiyada olan bürünc mükafatçı Kazbek Tuayev və Ukraynada yaşayan Nikolay Boqdanovu da ürəkdən təbrik edir, onlara can sağlığı, uzun ömür arzulayırıq.