cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Komandamızı asan matç gözləmir"

02.12.2016 20:27 Oxundu 1570

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz” ölkə paytaxtında “Şahdağ”la görüşəcək. Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi qarşıdakı görüşlə bağlı açıqlama verib: “Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də “Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var. Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz. “Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə “Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kimisə zəif kimi baxsan, oyunda problem ola bilər”.

Qeyd edək ki, “sarı-göylər” birinci divizion klubuna qarşı matça itkilərlə çıxacaq. Uzun müddət zədədən əziyyət çəkən Şəhriyar Əliyev və Dario Frederiko tam hazır olmadığından kubok oyununu da buraxacaq. Məşqdə sıradan çıxan Azad Kərimovla Renan Alves də sabah meydana çıxa bilməyəcək.İtkilərin çoxluğu səbəbindən əvəzedici heyətdən üç futbolçu əsas komandaya çağırılıb. Əli Səmədov, Fərid Məmmədov və Qaraxan Əliyev Qusar klubu ilə qarşılaşma üçün məşqçilər korpusunun ixtiyarında olacaq.