çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

3 finalçı - Ronaldo, Qrizman, Messi

02.12.2016 21:23 Oxundu 1615

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb. Final üçlüyünə Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin “Atletiko” komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona”nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə “Real”ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.

Ən yaxşının adı gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.