cümə, 26 aprel 2024

FOTO XƏBƏR

Top qovub qazan dolduranlar

30.12.2016 07:17 Oxundu 3989

Argentinalı ulduz Karlos Tevesin Çinin “Şanxay Şenxua” futbol klubuna keçidi rəsmiləşib. Nəticədə o, dünyanın ən yüksək ödənişli futbolçusu olub. Belə ki, 32 yaşlı hücumçu həftəyə 615 min funt sterlinq qazanmaqla yeni rekord müəyyənləşdirib.

K.Teves həftəyə 365 min funt sterlinq qazanan Kriştiano Ronaldonu geridə qoyaraq bu göstərici ilə dünyanın ən dəyərli futbolçusuna çevirilib.

Son klubu “Boka Xuniors”da 10 oyuna 4 qol vuran Tevesin aktivində 6 məhsuldar ötürməsi də var. Karyerası ərzində “Korintians”, “Mançester Yunayted”, “Mançester Siti”, “Vest Hem” və “Yuventus”da da çıxış edən Teves Argentina millisində 76 matçda 13 qol vurub.

"Çelsi"nin yarımmüdafiəçisi Oskar Çinin "Şanxay Şanqan" klubuna transfer olunub. "Şanxay Şanqan" yanvar ayında baş tutacaq bu transfer üçün "Çelsi"yə 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, bu transferlə Oskar London klubunun satdığı ən bahalı oyunçu olub.

25 yaşlı braziliyalı Oskarın "Şanxay Şanqan"da həftəsinə 360 min funt sterlinq qazanacağı gözlənilir.