cümə axşamı, 28 mart 2024

FOTO XƏBƏR

Əfsanələr onları alqışladılar

08.01.2017 10:04 Oxundu 5119

Bu şənbə keçirilən matçlarda "Mançester Yunayted"in futbolçusu Ueyn Runi, həm də "Mançester Yunayted"in sabiq oyunçusu Ronaldo (o, 2003-2009-cu illərdə bu klubun heyətində çıxış edib) üçün əlamətdar olub. Belə ki, Ronaldo "Santyaqo Bernabeu" stadionunda keçirilən "Real"-"Qranada" matçı çərçivəsində özünün 4-cü "Qızıl top"unu nümayiş etdirib. "Qırmıszı şeytanlar"ın kapitanı Ueyn Runi üçün isə İngiltərə Federasiya kubokunun 1/32 finalında "Redinq"lə oyun əlamətdar olub. Bu görüşdə fərqlənən 31 yaşlı hücumçu "MY"da vurduğu qolların sayını 249-a yüksəldib. Bununla da o, klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltona çatıb.