cümə, 19 aprel 2024

BOKS

"Qəbələ"nin boksçusu qalib gəldi

10.01.2017 10:42 Oxundu 5691

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib. 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” İdman Klubu da təmsil olunub. Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. 59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.