cümə, 26 aprel 2024

BOKS

Boks üzrə seçmə komandalarımızın yeni məşqçiləri müəyyənləşib

11.01.2017 10:23 Oxundu 6729

Ayrı-ayrı yaş qruplarında boks üzrə seçmə komandalarımızın yeni məşqçiləri müəyyənləşib. Ukraynalı tanınmış mütəxəssis Leonid Layinski milli kollektivin baş məşqçisi təyin olunub. Nəriman Abdullayev milli komandamızın böyük məşqçisi vəzifəsini davam etdirəcək. Gənclərdən ibarət komandamızı isə indidən belə Vaqif Şirinov çalışdıracaq. Və nəhayət, əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək. Qadınlardan ibarət komandamız isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək. Əlavə edək ki, böyüklər arasında Azərbaycan çempionatı yanvarın 25-dən 30-a kimi keçiriləcək.