cümə, 19 aprel 2024

ŞAHMAT

Qədir Hüseynov və Ülvi Bacarani XV Xəzər kuboku uğrunda yarışacaq

18.01.2017 18:49 Oxundu 2739

Yanvarın 20-28-də İranın Rəşt şəhərində şahmat üzrə XV Xəzər kuboku beynəlxalq turniri keçiriləcək. Yarışda ölkəmizi Qədir Hüseynov və Ülvi Bacarani təmsil edəcəklər. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 13 ölkədən 88 şahmatçı birincilik uğrunda mübarizə aparacaq.