cümə, 26 aprel 2024

ÇEMPİON TV

Yeniliklər “Africa Open” turnirində tətbiq olunub - VİDEO

19.01.2017 15:37 Oxundu 4944

Beynəlxalq Cüdo Federasiyasının Bakıda keçirdiyi hakimlər və məşqçilər üçün seminarda cüdo ilə bağlı mühüm qərarlar qəbul edildi. Dünya şöhrətli cüdo mütəxəssislərinin paytaxtımızda müzakirə etdiyi yeni qaydalar artıq Tunisdə baş tutan "Africa Open" turnirində tətbiq olunub. Hakimlik və yarış qaydaları bu ilin avqustunda Macarıstanın paytaxtı Budapeşt şəhərində olacaq dünya çempionatına kimi test xarakteri daşıyacaq. Əgər qaydalar cüdonun inkişafı üçün effektli olsa, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadası da daxil olmaqla bütün yarışlarda tətbiq ediləcək. "Cüdo TV" bütün yeni qaydalardan bəhs edən və Bakıda təşkil olunan seminarla bağlı xüsusi proqram hazırlayıb. Həmin verilişi sizə təqdim edirik: