cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Venger: "Emosiyalarımı cilovlaya bilmədim"

23.01.2017 08:08 Oxundu 1782

"Arsenal"ın baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının 22-cu turunda "Bernli" üzərində qələbəni (2:1) şərh edib: "Biz hər halda vacib qələbəni qazandıq, amma çox çətinliklə. Uzun müddət azlıqda oynasaq da, 3 xal həsrətində idik. "Bernli" yaxşı komandadır. Onlar olduqca sadə, amma effektli oynayırlar. Bu inanılmaz bir döyüş idi. Mənim texniki zonadan uzaqlaşdırılıdığıma gəldikdə isə... Mən həmin epizodda penalti görmədim. Odur ki emosiyalarımı cilovlaya bilmədim və etirazımı bildirdim. Bu şəkildə davranışıma görə üzr istəyirəm".

Qeyd edək ki, "Arsenal"ın qapısına penalti təyin ediləndə baş məşqçi ehtiyat hakim Entoni Teylora qarşı kobudluq edib.