cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Son dəqiqələrdə Bolqarıstan təmsilçisi fərqləndi

23.01.2017 09:48 Oxundu 2092

“Zirə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komanda Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gəldi. Baş məşqçi Ayxan Abbasov start heyətində Anar Nəzirov, Migel Lorenzo, Sadiq Quliyev, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Akim Latifu, Vüqar Mustafayev, Milan Duriç, Sezar Meza Kolli, Elvin Məmmədov və Elgün Nəbiyevə şans vermişdii. Yovan Krneta zədəli olduğu üçün bu qarşılaşmada forma geyinmədi.

Qarşılaşmanın ilk dəqiqələrindən etibarən “qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, fasiləyə qədər hesab açılmadı. Oyunun ikinci hissəsində də topa nəzarət daha çox komandanın tərəfində idi. Edilən dəyişikliklər nəticəsində Kamal Bayramov, Adil Nağıyev, Tural Cəlilov, Aleksandr Şemonayev, Yamin Ağakərimzadə, Murad Səttarlı, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil oldu. Yalnız Viktor İqbekoyi və Sadiq Quliyev qarşılaşmanı əvəzolunmadan keçirtdi. 70-ci dəqiqədə Şemonayevlə rəqib futbolçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələndi. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açdı. Bu qol oyunda yeganə oldu və komandayoxlama oyununda məğlub oldu.