şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Runi: "Amma futbol elədir ki, hər şey ola bilər"

23.01.2017 10:16 Oxundu 2076

"Mançester Yunayted"in hücumçusu Runi yaxın vaxtlarda başqa komandaya keçməyi planlaşdırmır. Qeyd edək ki, son günlər mətbuat aləmində onun Çin komandalarından birinə meyl saldığı barədə məlumatlar yayılıb. O deyib: "Mən xeyli vaxtdır ki, bu klubdayam. Amma futbol elədir ki, hər şey ola bilər. Amma mən bu gün "Mançester Yunayted"də xoşbəxtəm. Gizlətmirəm, mən daha çox oynamaq istəyirəm".

Məlumat üçün bildirək ki, Çin klubu 31 yaşlı futbolçunun hər həftəsinə 1,15 milyon avro təklif edib. Hazırda isə o, "Mançester Yunayted"də 345 min avro (həftədə) qazanır.

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo da futbolçusu Ueyn Runinin Çində oynayacağı iddialarına münasibət bildirib:"Çində oynamaq istəyənləri tənqid etmirəm. Çünki orda futbolçulara çox pul verirlər. Bu, fərqli təcrübə ola bilər. Seçimi özü edəcək. Runi həm "Mançester Yunayted"ə, həm də digər klublara faydalı ola biləcək oyunçudur".