şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Roma" rekordunu yeniləyə bilər

23.01.2017 10:58 Oxundu 2041

İtaliya A seriyasında 21-ci turunda dünən "Roma" "Kalyari"yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da "Roma" 13-cü ev qələbəsini bayram edib. Məlumata görə, "Roma" sonuncu dəfə belə uğura 1930-cu ildə nail olub. Daha bir ev qələbəsi rekordun yenilənməsi ilə nəticələnəcək. Hazırda turnir cədvəlində 2-ci olan "canavar"lar dünən "Latsio" üzərində inamlı qələbə qazanmış liderdən - "Yuventus"dan ("Juventus"un ehtiyatda 1 oyunu da var) bir xal geri qalır. Məlumat üçün bildirək ki, Romanın hazırda 47 xalı var.