şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Birlik Kuboku yenidən gündəmə gəlir...

23.01.2017 11:17 Oxundu 1908

Bildiyiniz kimi, 1993-cü ildən postsovet məkanı klubları arasında keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Bundan sonra turnir gənclər və aşağı yaş qrupları yığmaları arasında keçirilib. Ötən ilin iyulundan isə V.Mutko belə bir yarışın artıq təşkil olunmayacağını açıqlayıb. Bu günlərdə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı açıqlama verib. Bununla bağlı UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını bildirən Mutko deyib ki, klubları yenidən Birlik Kubokuna cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır: "Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır".

Qeyd edək ki, "Neftçi", "Xəzər-Lənkəran" və "İnter" komandaları Birlik Kubokunun qalibi olmağı bacarıblar.