cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Yeniyetmə cüdoçularımız cüdonun yeni qaydaları ilə məlumatlandırılıb

23.01.2017 13:55 Oxundu 2141

Xəbər verdiyimiz kimi, yenitmələrdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır. Ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında gələcək beynəlxalq yarışlara hazırlaşırlar. Yenitmələrdən ibarət milli komandamız 2017-ci ildə Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək. Toplanışın ilk mərhələsini başa vuran cüdoçularımız yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər. Artıq yeniyetmə cüdoçularımız, məşqçi heyəti cüdonun yeni qaydaları ilə məlumatlandırılıb. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.