cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Onu diktator kimi xatırlayanlar da az deyil

23.01.2017 14:23 Oxundu 1906

Türkiyənin “Gənclərbirliyi” klubunun əfsanəvi prezidenti İlhan Cavcav bu gün son mənzilə yola salınacaq. apasport-un yerli mətbuata istinadən məlumatına görə, dünən 81 yaşında vəfat edən Cavcav ölkəsinin ən çox sevilən klub prezidentlərindən olub. Onu diktator kimi xatırlayanlar da az deyil. 1977-ci ildən “Gənclərbirliyi” klubuna rəhbərlik edən Cavcav bu müddətdə baş məşqçiləri əlcək kimi dəyişməsi ilə məşhurlaşıb. Belə ki, o, 40 il ərzində 50 baş məşqçini 66 dəfə dəyişməyə imkan tapıb. Türkiyə mətbuatı Cavcavla bağlı maraqlı yazı dərc edib. Həmin məqalədə onun prezidentliyi dövründə atdığı qeyri-adi addımlar və klubuna transferlərdən qazandığırdığı məbləğlər qeyd edilib.

Prezidentlik dövründən yadda qalanlar

23.05.1990: “Süd almağa gedirəm” deyərək yoxa çıxan qapıçısı üçün “Qalatasaray”ı məhkəməyə verib.

20.05.1995: Futbolçu Tarık Daşgünün qaçırıldığını eşitdikdən sonra xəstələnərək yatağa düşüb.

09.10.1996: Klubun pulunu oğurladığını iddia edən azarkeşlər birliyi sədrini meydançada sillə ilə vurub.

13.01.1998: Futbolçularını ondan icazəsiz bir dəfn mərasiminə aparan baş məşqçi Yılmaz Vuralı qovduğu günün axşamı yenidən bu posta gətirib.

11.03.2003: Ünvanına təhqir yağdıran “Ankaragücü” azarkeşlərinə qol hərəkəti ilə qarşılıq verib.

28.10.2008: Onurğa əməliyyatı keçirib. Həkimi fiziki məşqlər etməyi şərt kəsib. Bir ildə 10 fiziki hazırlıq həkimi qovub.

13.09.2014: “Bursaspor”a məğlubiyyətdən sonra baş məşqçi Mustafa Kaplanı qovaraq, “növbəti matçda komandanı mən meydana çıxaracam” deyib. Komanda onun rəhbərliyi altında “Əskişəhərspor”a 2:0 hesabı ilə qalib gəlib.

15.11.2014: Saqqal saxlayan futbolçularını 25 min lirə məbləğində cərimələyəcəyini açıqlayıb.

Rekord məbləğə satdığı oyunçular

1. Ceremi (“Real”a: 5 milyon avroya)

2. Tarık Daşgün (“Fənərbaxça”ya: 5 milyon avroya)

3. Mustafa Pektemek (“Beşiktaş”a: 4 milyon avroya)

4. Orhan Şam (“Fənərbaxça”ya: 3,5 milyon avroya)

5. Draman Haminu (“Lokomotiv”ə (Moskva): 3 milyon avroya)

6. Aykut Dəmir (“Trabzonspor”a: 2,9 milyon avroya)

7. Ümit Karan (“Qalatasaray”a: 2,5 milyon avroya)

8. Ahmet Çalık (“Qalatasaray”a: 2,5 milyon avroya)

9. Ali Ərən (“Beşiktaş”a: 2,2 milyon avroya)

10. Soner Aydoğdu (“Trabzonspor”a: 2,2 milyon avroya)

11. Sərkan Balcı (“Fənərbaxça”ya: 2 milyon avroya)

12. Cimmi Durmaz (“Olimpiakos”a: 2 milyon avroya)

13. İrfan Can Kahveci (“Başakşəhər”ə: 1,6 milyon avroya)

14. Okan Koç (“Beşiktaş”a: 1,4 milyon avroya)

15. Gökhan Gönül (“Fənərbaxça”ya: 1,4 milyon avroya)

16- Süleyman Yula (“Beşiktaş”a: 1,1 milyon avroya)

17. Dəniz Barış (“Fənərbaxça”ya: 1 milyon avroya)

18. Ayman (“Trabzonspor”a: 1 milyon avroya)

19. Lars Fredrik Risp (“Trabzonspor”a: 1 milyon avroya)

20. Ali Tandoğan (“Beşiktaş”a: 1 milyon avroya)