çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Vitali Mutko: "Püşkatma Kremldə keçiriləcək"

23.01.2017 14:41 Oxundu 1909

"Bu il dekabrın 1-də futbol üzrə dünya çempionatının final püşkatması keçiriləcək. Biz bu mərasimin Kremldə keçirilməsi təklifi ilə çıxış etmişik. FİFA da bizimlə razılaşıb və hazırda bu final püşkatmasını hazırlayırıq”. Bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. O həmçinin bildirib ki, dünya çempionatına və Konferderasiyalar kuboku yarışlarına hazırlıqlar normal şəkildə davam edir.

”Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatı 2018-ci il 14 iyun-15 iyul tarixlərində keçiriləcək. Turnirin oyunları 11 şəhərin 12 stadionunda baş tutacaq

Qeyd edək ki, millimiz gələn il Rusiyada keçiriləcək mundialın final mərhələsinə vəsiqə qazanmaq üçün seçmə mərhələdə Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya və San Marino ilə mübarizə aparır.