cümə, 26 aprel 2024

SARI KART

Günün karikaturası: Yaddaşları yeniləmək vaxtıdır

23.01.2017 15:13 Oxundu 1964

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun rekordunu yeniləyib. 31 yaşlı futbolçu İngiltərə çempionatının 22-ci turunda səfərdə "Stok Siti" ilə oyunda fərqlənib (1:1).Bu qol Runi üçün “MY”da 250-ci olub.

Runi "Mançester Yunayted"də 2004-cü ildən çıxış edir. Çarlton 1954-1973-cü illərdə klubun heyətində 249 qol vurub.