şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Borussiya" "Real"ı qabaqladı

23.01.2017 15:33 Oxundu 1977

"Borussiya" klubu İsveçin AİK klubundan 17 yaşlı hücumçu İsak Aleksanderi transfer edib. Onunla müqavilə imzalanıb. Dortmund təmsilçisi isveçli forvard üçün 9 milyon avro ödəyib.

Qeyd edək ki, Madrid "Real"ının da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.