çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

“Qartallar” bu axşam vətənə dönəcək

23.01.2017 16:52 Oxundu 2196

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurdu. Komanda qardaş ölkədəki son məşqinə bu gün səhər çıxdı. Dünən yoxlama oyunu keçirildiyi üçün, bu günkü məşq bərpa xarakteri daşıyırdı. Baş məşqçi Ayxan Abbasov futbolçuları “Lokomotiv”lə oyunda forma geydikləri zamana görə iki qrupa ayırmışdı.

Türkiyədə iki yoxlama oyunu keçirən “qartallar” bu axşam vətənə dönəcək.