cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Robert Prosineçki "Bursaspor"la anlaşıb?

23.01.2017 17:46 Oxundu 1796

Millimizin baş məşqçisi Robert Prosineçki Türkiyə superliqasında yarışan "Bursaspor"la razılığa gəlib. Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, "Bursaspor" rəsmiləri ilə xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. R.Prosineçki yaxın günlərdə Bursaya gedərək müqaviləyə imza atacaq. Başqa bir xəbərə görə isə, Prosineçki ilə danışıqlar üçün klubun futbol şöbəsinin müdiri Yüksel Çolak Bakıya gəlib.

Qeyd edək ki, ötən həftənin sonu "Bursaspor" baş məşqçisi Həmzə Həmzoğlunu istefaya göndərib.

Xatırladaq ki, R.Prosineçki 2014-cü ilin dekabrın əvvəllərində millimizə baş məşqçi təyin olunub. Onunla müqavilənin müddəti bu ilin dekabrında başa çatır.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə apasportın əməkdaşı ilə söhbətində məlumatı təkzib edib: "Boş xəbərdi. Prosineçki "Bursaspor"a gedə bilməz, çünki bizimlə müqaviləsi var. Onu "Bursaspor" yox, millimizin martda Almaniya ilə keçirəcəyi oyun maraqlandırır".

Türkiyə mətbuatında 67 yaşlı Mustafa Dənizlinin də "Bursaspor"un baş məşqçisi olacağı haqda məlumat yayılıb. Xəbərdə bildirilir ki, Azərbaycan yığmasının üzvü Dəniz Yılmazın da çıxış etdiyi "ağ-yaşıllar"ın rəhbərliyi istefaya göndərdikləri Hamza Hamzaoğlunu məhz Dənizli ilə əvəzləmək fikrindədir. Lakin Mustafa Dənizli apasport-a verdiyi açıqlamasında bunu təkzib edib: "Bursaspor"un baş məşqçisi olacağımla bağlı yayılan xəbərlər doğru deyil".

Xatırladaq ki, məşqçilik fəaliyyətinə 1987-ci ildə başlayan Mustafa Dənizli karyerası ərzində həm "Qalatasaray", həm "Beşiktaş", həm də "Fənərbaxça"nı çalışdırıb. 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın "sükanı arxası"nda olmuş çalışdırıcı İranda da işləməyə imkan tapıb.