çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” bu gün Antalyada son yoxlama oyununu keçirəcək

24.01.2017 07:23 Oxundu 1721

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. “Qəbələ” bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın 4-cü matçdakı rəqibi Makedoniyanın “Şkendiya” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Xatırladaq ki, komandamız bunadək Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə görüşüb.