cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Messi ilə müqayisədə Maradonaya üstünlük verdi

24.01.2017 10:33 Oxundu 1845

"Milan"ın və Hollandiya millisinin sabiq oyunçusu Rud Qullit "Barselona"nın hücumçusu Lionel Messi və "Napoli"nin sabiq oyunçusu Dieqo Maradona arasında müqayisə aparıb. Qullit hesab edir ki, Maradona futbol meydanında həmyerlisindən daha güclü idi: "Maradona yalnız böyük futbolçu deyildi, o həm də lider idi. O, təkbaşına necə qələbə qazanmağı bilirdi. O bunu 1986-ci ilin dünya çempionatında da sübut etdi. Messi də yaxşı oyunçudur. Lakin o, hakimlər tərəfindən müdafiə olunur. Messinin oyununda driblinq məhduddur. Maradona isə hər şey etməyə çalışırdı, halbuki o daha ehtiyatlı oynamalı idi, çünki rəqiblər onun ayaqlarını sındırmaq istəyirdilər".