cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Robert Prosineçki: "Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəyəm"

24.01.2017 10:45 Oxundu 1578

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"la bağlı iddialara münasibət bildirib.cempion.az-ın məlumatına görə, o, goal.com-a açıqlamasında qısa müddətdə millimizdən ayrılmağı düşünmədiyini deyib: "Bursaspor"la danışıqlarımız oldu. Ancaq AFFA ilə hələ 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəyəm".

Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib: "Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam".