çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Suareslə bağlı 10 fakt

24.01.2017 11:29 Oxundu 1827

1. Uşaqlıq illərində Luis Suares süpürgəçi işləyib.

2. O, Avropaya gəlmək istəməyib. Onun sevgilisi Barselonaya gəlib. Odur ki Suares də ona yaxın olmaq üçün "Qroninqen"in təklifi qəbul edib.

3. Uruqvay çempionatında gənc Suares hakimi başı ilə vurub.

4. Suaresin saçları uzun olub. O, "Ayaks"ın kapitanı olarkən "hörmət əlaməti" olaraq onları kəsdirib.

5. Suares meydanda 3 dəfə rəqiblərini dişləyib.

6. "Mançester Yunayted"ə qarşı oyunda Evranı 5 dəfə zənçi adlandırıb. O buna görə diskvalifikasiya olunub, amma üzr istəməyib.

7. O, iki mövsümdə 6 oyunda 17 qol vurub. Onlardan ikisi poker, ikisi də het-trik olub.

8. Suares iki dəfə "Qızıl butsi"yə sahib çıxıb: 2013/2014 və 2015/2016

9. Suares Uruqvay millisinin bombardiri hesab olunur. 2017-ci ilədək onun hesabında 47 qol var.

10. Cari mövsümdə Suares İspaniya çempionatında 18 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.