cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Maşallah Əhmədov 50 min manatı sabah versə...

24.01.2017 12:30 Oxundu 1680

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. apa-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov bildirib ki, M. Əhmədov ona 50 min manatı sabah versə, qalan 78 min manat borcu başqa vaxt ala bilər. M. Əhmədov isə 50 min manatı sabah verəcəyini deyib. Buna görə prosesi sabahadək təxirə salınıb.

Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.