şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Real"ı hakimlər birinci ediblər?

24.01.2017 15:49 Oxundu 1708

İspaniya çempionatında keçirdiyi 18 oyundan 43 xal toplaya "Real" hazırda turnir cədvəlində birinci yerdədir. Amma Mundo Deportivo nəşri hesab edir ki, "Real" İspaniya çempionatında birinciliyə layiq deyil. Belə ki, bu komanda hakimlərin səhvləri ucbatından 8 xal irəli düşüb. Jurnalilstlərin araşdırmalarına görə, madridlilər "Selta" ilə oyunda iki xal itirməli idilər. Morata o qollardan birini oyundankənar vəziyyətdən vurub. Həmçinin "Malaqa" ilə matçda Ramosun vurduğu qol da, hesaba alınmalı deyildi, çünki o da oyundankənar vəziyyətdə vurulub. Bundan əlavə, jurnalistlər hesab edirlər ki, "Deportivo" və "Espanyola" ilə oyunlarda da hakim səhvləri madridlilərə xal qazandırıb.

Mundo Deportivo hesab edir ki, "Barselona" isə üç oyunda ("Vilyarreal", "Malaqa" və "Selta") hakim səhvləri nəticəsində xal itirib. Onlar həmçinin bildiriblər ki, "Real Sosyedad"la oyunda "Barselona" uduzmalı idi. Həmin oyunda hakim rəqibin təmiz qolunu saymayıb. Məlumat üçün bildirək ki, "Barselona" (19 oyundan) "Real"dan iki xal az toplayıb və turnir cədvəlində 3-cü yerdədir.